Vuçiçin anasına Belqradda hücum edildiyi iddia olunur
Serbiyanın Mütərəqqi Partiyası Belqradda ölkənin keçmiş prezidenti Aleksandar Vuçiçin anası Angelina Vuçiçə hücum edildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Informer” nəşri məlumat yayıb. Partiyanın açıqlamasına görə, 90 yaşlı Angelina Vuçiç tələbə müxalifətinin üzvləri tərəfindən təhqir olunub, ona hücum edilib və ərzaq çantası əlindən alınıb. Hadisə barədə polisə məlumat verilib.
Nəşrin məlumatına görə, hadisə Angelina Vuçiçin səs verdiyi seçki məntəqəsinin yaxınlığında, səhər saatlarında baş verib. Hadisənin təfərrüatlarının faktlar dəqiqləşdirildikdən sonra açıqlanacağı bildirilib. Serbiyada oktyabrın 25-də növbədənkənar parlament seçkiləri keçirilir. Müxalifətdə son iki ildə davam edən etirazlar zamanı populyarlıq qazanan “Tələbə Siyahısı” hərəkatı əsas qüvvələrdən biri hesab olunur.
17:20 25.10.2026
Oxunuş sayı: 51