Ərəb koalisiyası: Husilərin Xamis Muşaytə atdığı qanadlı raket məhv edilib
Yəməndəki İran dəstəkli husilərin Səudiyyə Ərəbistanının Xamis Muşayt şəhərinə atdığı qanadlı raket hava hücumundan müdafiə sistemi tərəfindən havada məhv edilib.
Crossmedia.az xəbər verir ki, ərəb koalisiyasının sözçüsü general-leytenant Türki əl-Maliki bunu “X” sosial şəbəkəsində açıqlayıb. Səudiyyə mülki müdafiəsi isə Xamis Muşayt, Tanumə və Əbha sakinlərinə xəbərdarlıq edərək təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib.
12:38 25.10.2026
Oxunuş sayı: 51