Yaponiyada 7 maqnitudalı zəlzələ olub
Yaponiyanın Oqasavara adaları yaxınlığında 7 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Sakit okeanın dibindən 470 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Oqasavara arxipelaqı Tokiodan təxminən 1200 kilometr cənubda yerləşir. Arxipelaqda yalnız iki adada yaşayış var və həmin adaların ümumi əhalisi təxminən 2500 nəfərdir.
10:29 25.10.2026
Oxunuş sayı: 48