Xırdalanda park edilən avtomobil aşıb, sürücü xəsarət alıb
Xırdalan şəhərində “Chery Tiggo” markalı avtomobilin aşması nəticəsində sürücü yüngül xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Sürücü avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb.
Hadisə zamanı ərazidə piyadaların olmaması daha ağır nəticələrin qarşısını alıb.
10:18 25.10.2026
Oxunuş sayı: 66