Polşada Lublin hava limanında reyslər gecikir
Polşanın Ukrayna sərhədinə yaxın Lublin şəhərinin beynəlxalq hava limanında hərbi aktivliklə əlaqədar uçuşlarda gecikmələr və ləğvlər gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, məhdudiyyətlər həm təyyarələrin enişinə, həm də uçuşuna təsir edə bilər. O, “hərbi aktivlik” ifadəsi ilə konkret nəyin nəzərdə tutulduğunu açıqlamasa da, xəbərdarlığın hava məkanından istifadə edə biləcək bütün tərəflərə ünvanlandığını bildirib.
Mənbə, həmçinin qeyd edib ki, hazırda Lublin ərazisində Polşa hava məkanından keçərək üçüncü ölkələrə uçan mülki təyyarələrin tranzit hərəkəti həyata keçirilmir.
Məhdudiyyətlərin Moskva vaxtı ilə təxminən saat 09:30-dək qüvvədə olacağı bildirilir.
11:08 25.10.2026
Oxunuş sayı: 53