Medvedev Zelenskini Trampı təhqir etməkdə ittiham edib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Volodimir Zelenskini ABŞ Prezidenti Donald Trampa qarşı hörmətsizlik etməkdə və eyni zamanda Vaşinqtondan maliyyə dəstəyi tələb etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Medvedevin fikrincə, Tramp ABŞ Müdafiə Nazirliyinə və Mərkəzi Kəşfiyyat İdarəsinə Zelenski ilə bağlı “xoşagəlməz anlaşılmazlığı aradan qaldırmağı” tapşırmalıdır.
15:07 25.10.2026
Oxunuş sayı: 65