Tramp Rusiya ilə biznes əlaqələrini bərpa etmək istəyir
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında razılaşma əldə olunacağı təqdirdə hər iki ölkə ilə biznes əlaqələri qurmaq istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “UNIAN” bu barədə məlumat yayıb.
“Rusiya və Ukrayna razılığa gəldikdən sonra normal həyata qayıtmaq və hər iki tərəflə biznes qurmaq istərdik”, – deyə Tramp Floridada jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin Kiyevlə təbii sərvətlərə dair əldə olunan razılaşmanı xatırladaraq, bu resursların dəyərini 1 trilyon dollar qiymətləndirib.
Tramp Co Bayden administrasiyasının Ukraynaya 350 milyard dollar dəyərində hərbi avadanlıq verdiyini də iddia edib. Onun sözlərinə görə, bu xərcləri Avropa İttifaqının üzərinə qoymaq mümkün idi.
“Özümü axmaq kimi hiss edirdim. Halbuki onlardan bunu istəmək kifayət idi və onlar ödəyərdilər”, – deyə Tramp bildirib.
14:30 25.10.2026
Oxunuş sayı: 72