Britaniyaya müharibə xəbərdarlığı: 1000 gün ərzində hazır olmaq lazımdır
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ölkənin qarşıdakı 1000 gün ərzində müharibəyə hazır vəziyyətə gətirilməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, nazir Rusiyanın və digər rəqib dövlətlərin 2030-cu ilədək Britaniyaya hücum etmək imkanına malik ola biləcəyi barədə xəbərdarlıq edib.
Stritinqin sözlərinə görə, mümkün hücumların qarşısını almaq üçün Britaniyanın hərbi imkanları gücləndirilməli və ölkə müttəfiqləri ilə birlikdə döyüşməyə, eləcə də qələbə qazanmağa hazır olmalıdır.
O, müdafiə qabiliyyətinin artırılmasının mümkün təhdidlərin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək baxımından vacib olduğunu vurğulayıb.
18:01 25.10.2026
Oxunuş sayı: 58