Eldəniz Əzizli dünya çempionatında qızıl medal qazandı
Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.
Qeyd edək ki, bu gün Sənan Süleymanov (77 kq) da finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
18:03 25.10.2026
Oxunuş sayı: 55