İran ABŞ-dən xəstələrə görə təzminat alıb
İran ilk dəfə olaraq ABŞ-dən bülloz epidermoliz xəstəliyindən əziyyət çəkən şəxslərə qarşı sanksiyalara görə təzminat alıb. Bu xəstəlikdən əziyyət çəkən insanlar dərilərinin həssaslığı səbəbindən “kəpənəklər” adlandırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə “EB Evi” təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani məlumat verib.
Onun sözlərinə görə, bir neçə il əvvəl başlanmış məhkəmə işi çərçivəsində xəstələrə dəymiş zərərin ödənilməsi məqsədilə neft yükü müsadirə edilib.
Təzminatın məbləği barədə məlumat verilməyib.
22:08 25.10.2026
Oxunuş sayı: 50