Oqtay Saralın istefa xəbəri təsdiqləndi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verib.
Crossmedia.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Saral istefası ilə bağlı bu sözləri deyib:
“Hörmətli Prezidentimiz məni vəzifəyə təyin etmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimə qəzəbim yoxdur”.
Qeyd edək ki, Saral 12 oktyabrda “X” hesabında Azərbaycanda qəbul edilmiş vahid məktəbli forması qərarına qarşı çıxmış, Azərbaycanın yanlış addım atdığını yazmışdı.
20:33 25.10.2026
Oxunuş sayı: 108