Dmitriyev Zelenskini tənqid edib
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ Prezidenti Donald Tramp və “SpaceX” qurucusu İlon Maska qarşı çıxışlarına görə tənqid edib.
Crossmedia.az xəbər verir ki, Dmitriyev “X” sosial şəbəkəsində paylaşım edərək, ABŞ-də aralıq seçkilər ərəfəsində bu cür addımların Zelenski üçün səhv strategiya olduğunu bildirib.
O, həmçinin Maska istinadla Ukraynanın “Starlink” sistemindən hərbi məqsədlərlə istifadəsi məsələsini gündəmə gətirib.
22:17 25.10.2026
Oxunuş sayı: 54