Britaniyada fırtına 1500-dən çox reysi gecikdirib
Böyük Britaniyada “Boelo” fırtınası səbəbindən 1500-dən çox aviareys gecikib, on minlərlə ev elektrik enerjisiz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti məlumat yayıb.
“FlightAware” xidmətinin məlumatına görə, reyslərin gecikmə müddəti orta hesabla iki saat təşkil edib. London, Mançester, Edinburq və Qlazqo hava limanlarında uçuşlar təsirlənib.
Şotlandiyada güclü küləyin aşırdığı ağac 60 yaşlı kişinin ölümünə səbəb olub. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatıb. Elektrik xətlərinin zədələnməsi nəticəsində 82 mindən çox ev işıqsız qalıb.
Böyük Britaniyanın meteorologiya xidməti ölkənin şimalında sarı və narıncı təhlükə xəbərdarlığını qüvvədə saxlayır. Əlverişsiz hava şəraiti parkların bağlanmasına və mədəni tədbirlərin ləğvinə də səbəb olub. Londonda Trafalqar meydanında keçirilməsi planlaşdırılan Divali festivalı təxirə salınıb.
22:47 25.10.2026
Oxunuş sayı: 44