Avropada sel təhlükəsi: Güclü yağışlar evləri və yolları basa bilər
Oktyabrın 25-dən 29-dək Avropanın cənub-şərqində, xüsusilə Yunanıstanın cənub və mərkəzi-şərq bölgələrində, eləcə də Türkiyənin qərb hissəsində güclü leysan yağışları və qəfil daşqınlar baş verə bilər.
Crossmedia.az xəbər verir ki, “DobraPogoda24” bu barədə məlumat yayıb.
Proqnozlara görə, Atlantik okeanından gələn genişmiqyaslı siklonlar Avropaya şimaldan daha soyuq hava kütlələri gətirəcək. Aralıq dənizinin isti suları üzərində isə yüksək rütubətli, qapalı siklon formalaşacaq. Bu proses güclü yağışlara və şimşəkli leysanlara səbəb ola bilər.
Meteoroloji modellərin hesablamalarına əsasən, bəzi ərazilərdə hər kvadratmetrə 50–280 litr yağıntı düşə bilər. Ayrı-ayrı yerlərdə bu göstəricinin daha yüksək olacağı da istisna edilmir.
Güclü yağışların bir neçə dalğa şəklində yağacağı, bəzi ərazilərdə isə eyni bulud sistemlərinin təkrar keçəcəyi gözlənilir. Bu, yaşayış evlərinin və yolların su altında qalması, xüsusilə alçaq və sıx məskunlaşmış ərazilərdə qəfil daşqınların baş verməsi riskini artırır.
Proqnozda əsas təhlükə zonaları Yunanıstanın mərkəzi-şərq və cənub hissələri, həmçinin Türkiyənin qərb, cənub-qərb və ş
02:00 26.10.2026
Oxunuş sayı: 60