Avrozonada iqtisadi artım sürətləndi
2026-cı ilin ikinci rübündə avrozonanın iqtisadiyyatı 0,6 faiz, Avropa İttifaqının iqtisadiyyatı isə 0,7 faiz böyüyüb.
Crossmedia.az xəbər verir ki, “Eurostat” bu barədə məlumat yayıb.
Ən yüksək iqtisadi artım İrlandiyada qeydə alınıb – 10,2 faiz. Sloveniyada artım 1,8 faiz, Litvada isə 1,7 faiz təşkil edib.
Avstriya isə iqtisadi göstəricilərin əvvəlki rüblə müqayisədə 0,1 faiz azalması ilə mənfi dinamika göstərən yeganə üzv ölkə olub.
“Bloomberg” qeyd edir ki, İranla müharibə fonunda inflyasiyanın son üç ilin ən yüksək səviyyəsinə çatmasına baxmayaraq, Avropanın iqtisadi perspektivləri müsbət olaraq qalır. Buna səbəb hökumətlərin müdafiə və infrastruktura böyük həcmdə vəsait yatırması, şirkətlərin isə süni intellektə investisiyalarını artırmasıdır.
Regionun ən böyük iqtisadiyyatına malik Almaniyanın da uzunmüddətli böhrandan çıxmağa başladığı bildirilir.
İlkin hesablamalara görə, avrozonada avqust ayında inflyasiya 3,3 faiz təşkil edəcək. İyulda bu göstərici 2,9 faiz, 2025-ci ilin avqustunda isə 2 faiz olub.a
20:13 07.09.2026
Oxunuş sayı: 51