Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti öldürülüb
Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Komitəsinin vitse-prezidenti Slavi Binev başından güllələnərək öldürülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi Lyubomir Nikolov məlumat verib.
Onun sözlərinə görə, 60 yaşlı Slavi Binevə başından bir dəfə atəş açılıb. Hadisə yerində bir giliz aşkarlanıb.
İş adamının qətli ilə bağlı şübhəli bilinən üç nəfər saxlanılıb. Onlardan biri Bolqarıstan, digər ikisi isə Türkiyə vətəndaşıdır.
İstintaqın əsas versiyasına görə, qətl iş ortaqları arasında yaranmış maliyyə mübahisəsi ilə əlaqəli ola bilər.
18:47 24.10.2026
Oxunuş sayı: 60