Rusiya səfirliyi İrandan diplomatların təxliyəsi barədə məlumatları təkzib edib
Rusiyanın İrandakı səfirliyi diplomatların və “Buşəhr” Atom Elektrik Stansiyasının mütəxəssislərinin ölkədən təxliyə edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Rusiya səfirliyi bu barədə açıqlama yayıb.
Diplomatik nümayəndəlik bildirib ki, Rusiya diplomatlarının və atom elektrik stansiyasında çalışan mütəxəssislərin təxliyə olunmasına dair iddialar həqiqəti əks etdirmir.
Səfirlik yayılan məlumatları dezinformasiya adlandırıb və onların mənbəyinin yaxşı məlum olduğunu vurğulayıb.
Səfirlik hazırda diplomatik nümayəndəliyin fəaliyyətinin və “Buşəhr” AES-də işlərin adi qaydada davam etdiyini vurğulayıb.Diplomatik nümayəndəlik həmçinin vətəndaşları təsdiqlənməmiş məlumatlar yayan informasiya mənbələrinə etibar etməməyə çağırıb.
15:30 24.10.2026
Oxunuş sayı: 54