Rusiya-Ukrayna danışıqlarında irəliləyiş yoxdur
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin Moskvaya səfərindən sonra Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyiş əldə olunmayıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Rusiya Donbasın qalan hissəsi üzərində nəzarəti ələ keçirmək niyyətindədir və bu baş verənədək münaqişənin davam edəcəyi gözlənilir.
Bundan əvvəl “Reuters” agentliyi də Rusiya Donbasın qalan ərazilərinə nəzarəti ələ keçirməyənədək cəbhə xətti üzrə razılaşmanın əldə olunması üçün “heç bir şansın” olmadığını yazmışdı.
Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Kremldə Uitkoff və Kuşnerlə görüşüb. Sentyabrın 6-da isə Uitkoff və Kuşner Kiyevdə Ukrayna prezidentirVlodomir Zelenski ilə danışıqlar aparıblar.
“Bloomberg” sentyabrın 6-da yazıb ki, Moskva Ukrayna üzərində hərbi üstünlüyə malik olduğuna əmin olduğu üçün münaqişənin başa çatdırılması ilə bağlı tələblərini sərtləşdirir.
Daha əvvəl Zelenski münaqişənin nizamlanması üzrə növbəti görüşlərin hazırlanması barədə məlumat verib.
18:45 07.09.2026
Oxunuş sayı: 53