Sikorski Putinin yüksək səviyyəli danışıqlara qayıtmasına qarşı çıxıb
Polşanın xarici işlər naziri Radoslav Sikorski Vladimir Putinin yüksək səviyyəli beynəlxalq danışıqlarda iştirakını tənqid edərək bunun Rusiyaya Ukrayna ilə bağlı güzəştlər etmədən beynəlxalq nüfuzunu bərpa etmək imkanı verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, müharibəni dayandırmaq üçün təcavüzə məruz qalan tərəfə deyil, təcavüzkara təzyiq göstərilməlidir. O qeyd edib ki, Putinə beynəlxalq səviyyədə status verilməsi Rusiya liderinin öz mövqeyinin gücünə inamını artırır.
Sikorski Avropanın sülh danışıqlarına təsir göstərmək üçün imkanlarını qoruduğunu vurğulayıb. Bu vasitələrə Ukraynaya hərbi və maliyyə dəstəyi, eləcə də dondurulmuş Rusiya aktivləri daxildir.
21:33 22.10.2026
Oxunuş sayı: 51