ABŞ İranın neft ixracına təzyiqi artırır: Bessent əməliyyatın nəticələrini açıqlayıb
ABŞ maliyyə naziri Skott Bessent İranın Xark adasından xam neft yükləyən tankerlərin son dövrdə qeydə alınmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə məlumat yayıb.
Bessent “İqtisadi təcrid” (“Economic Outcast”) əməliyyatının İranın neft gəlirlərini məhdudlaşdırmağa yönəldiyini bildirib. Onun sözlərinə görə, məqsəd İran hakimiyyətinin terrorizmin maliyyələşdirilməsinə, nüvə materiallarının alınmasına və İslam İnqilabı Keşikçiləri Korpusunun elitasının dəbdəbəli həyat tərzinə vəsait ayırmasının qarşısını almaqdır.
ABŞ Maliyyə Nazirliyi əməliyyat çərçivəsində İranın neft satışına, sanksiyalardan yayınmasına və bu fəaliyyətlərə dəstək verən şəbəkələrə qarşı tədbirləri davam etdirir.
Qeyd edək ki, Bessentin açıqlamaları ABŞ tərəfinin məlumatlarına əsaslanır.
21:31 22.10.2026
Oxunuş sayı: 58