Türkiyə və Kanada arasında üç yeni saziş imzalandı
Türkiyə və Kanada arasında müdafiə sənayesi, hava nəqliyyatı və enerji sahələrində əməkdaşlığı nəzərdə tutan üç sənəd imzalanıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Kanadanın Baş naziri Mark Karninin iştirakı ilə Prezident Kompleksində keçirilən mərasimdə imzalanıb.
İmzalanan sənədlərdən biri müdafiə sənayesi sahəsində tərəfdaşlığa dair anlaşma memorandumudur. Sənədi Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Kanadanın xarici işlər naziri Anita Anand imzalayıblar.
Tərəflər, həmçinin hava nəqliyyatı haqqında saziş imzalayıblar. Sənədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Anita Anand imza atıblar.
Enerji sahəsində əməkdaşlığa dair birgə bəyanat isə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Kanadanın enerji naziri Tim Hodgson tərəfindən imzalanıb.
19:57 22.10.2026
Oxunuş sayı: 49