Jurnalistlər Uitkoffun Putinlə görüşdəki qeydlərini lentə alıblar
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı əl yazısı ilə hazırladığı qeydlər jurnalistlərin diqqətini çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüş zamanı çəkilən fotolardan görünür ki, qeydlərin ilk bəndində “Təşəkkür edirəm” ifadəsi yer alıb. Daha sonra üçtərəfli danışıqlara, avropalılarla görüşlərə dair qeydlər aparılıb.
Vərəqdə həmçinin “Dünən irəliləyiş hiss etdim” və “Bu uğuru inkişaf etdirmək lazımdır” ifadələri yazılıb.
Qeydlərin sonunda isə “Razılaşma” sözü yer alıb.
20:41 22.10.2026
Oxunuş sayı: 51