Azərbaycanda qripə qarşı peyvəndləmə başlayıb
Bakı və Sumqayıtda dövlət tibb müəssisələri qripə qarşı vaksinlərlə təmin edilib, regionlara çatdırılma isə mərhələli şəkildə davam etdirilir.
Crossmedia.az xəbər verir ki, TƏBİB bu barədə məlumat yayıb.
Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı olan “Influvac Tetra” dördlü vaksinindən istifadə olunur.
Peyvənd xüsusilə 6 aydan yuxarı uşaqlara, 65 yaşdan yuxarı şəxslərə, hamilələrə, xroniki xəstəlikləri və immun sistemi zəif olan insanlara, eləcə də tibb işçilərinə tövsiyə edilir.
Peyvəndləmə könüllüdür. Vətəndaşlar qripə qarşı peyvənd olunmaq üçün ərazi üzrə dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
19:24 22.10.2026
Oxunuş sayı: 54