Azərbaycanda 2060-cı ilədək xalis sıfır emissiya hədəfi təsdiqlənib
Baş nazir Əli Əsədov “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nı təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Strategiyaya əsasən, 2035-ci ilədək istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılması, 2060-cı ilədək isə xalis sıfır emissiya hədəfinə nail olunması nəzərdə tutulur.
Sənəd günəş və külək enerjisindən istifadənin genişləndirilməsini, nəqliyyat və sənayedə emissiyaların azaldılmasını, tullantıların təkrar emalını, meşələrin qorunmasını və “yaşıl enerji zonaları”nın inkişafını əhatə edir.
Strategiyanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edilməsi planlaşdırılır.
21:08 22.10.2026
Oxunuş sayı: 54