Dövlət əmlakını mənimsəməkdə ittiham olunan sədr həbs edildi
"Naxçıvan Aqroservis"in sədri həbs edilib.
Crossmedia.az xəbər verir ki, Naxçıvanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılan "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Naxçıvan şəhər Məhkəməsinin qərarına əsasən, Cavid Ağaməliyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" ASC-nin sədri Cavid Ağaməliyev dövlət əmlakının mənimsənilməsində ittiham olunur.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.(Report)
19:44 22.10.2026
Oxunuş sayı: 50