Fransada Şamonda virusuna ilk yoluxma qeydə alındı
Fransada immun sistemi ciddi zəifləmiş xəstənin ölümündən sonra Şamonda virusuna insanlarda ilk dəfə yoluxma halı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə Lion şəhərində baş verib.
Əsasən mal-qaraya təsir edən virusun Culicoides cinsinə aid xırda dişləyici həşəratlar vasitəsilə yayıldığı bildirilir. Hazırda virusa qarşı peyvənd və xüsusi müalicə üsulu yoxdur.
Fransa rəsmiləri yoluxmanın həşərat dişləməsi ilə əlaqəsini və mümkün nevroloji fəsadları araşdırırlar. İlkin açıqlamalara görə, ümumi əhali üçün risk müəyyən edilməyib.
21:12 22.10.2026
Oxunuş sayı: 49