Ukraynada “Şahed” PUA-sı yaşayış evinə çırpılıb: 9 yaralı var
Ukraynanın Jitomir vilayətində Rusiyaya məxsus “Şahed” tipli pilotsuz uçuş aparatının yaşayış evinə çırpılması nəticəsində 9 nəfər yaralanıb, onların ikisi uşaqdır.
Crossmedia.az xəbər verir ki, Jitomir Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Buneçko bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə yerində xilasedicilər, tibb işçiləri və Qırmızı Xaç nümayəndələri fəaliyyət göstərir. Yaralılardan ikisi regional xəstəxanaya yerləşdirilib.
21:19 22.10.2026
Oxunuş sayı: 50