Bakıda avtobusu idarə etməkdən imtina edən sürücü işdən çıxarılıb
Bakıda 5 nömrəli marşrut üzrə hərəkət edən “BakuBus” avtobusunun sürücüsü sərnişinlə mübahisədən sonra nəqliyyat vasitəsini idarə etməkdən imtina etdiyinə görə işdən azad olunub.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.
Sürücünün sərnişinlə mübahisədən sonra avtobusu idarə etməkdən imtina etdiyi bildirilir.
21:41 22.10.2026
Oxunuş sayı: 65