Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
Azərbaycanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlizamin Əsgərov Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndə heyətini qəbul edib.
Bu barədə Crossmedia.az-a AGF-dən məlumat verilib.
Görüş zamanı səfir oktyabrın 24-dən – noyabrın 1-dək Astana şəhərində böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandalarına uğurlar arzulayıb, idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.
AGF nümayəndələri göstərilən diqqətə, qonaqpərvərliyə və dəstəyə görə səfirə minnətdarlıqlarını bildiriblər.
22:39 22.10.2026
Oxunuş sayı: 47