Azyaşlı uşaq traktorun qoşqusunun altında qaldı – Neftçalada faciə
Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Crossmedia.az-ın məlumatına görə, hadisə rayonun Pirətəvan adlanan ərazisinə gedən yolda qeydə alınıb.
İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.(Report)
23:37 22.10.2026
Oxunuş sayı: 67