Rusiyanın Su-57 qırıcısı Misirdə sərgidə
Modernləşdirilmiş Yak-130M təlim-döyüş təyyarəsi və beşinci nəsil Su-57 qırıcısı Misirdə keçirilən “El Alamein International Airshow 2026” beynəlxalq aviasiya-kosmik sərgisinə çatıb.
Crossmedia.az xəbər verir ki, “Birləşmiş Təyyarə Korporasiyası” bu barədə Telegram kanalında məlumat yayıb.
Sərgidə Rusiyanın aviasiya sənayesinin istehsal etdiyi iki təyyarə nümayiş etdiriləcək.
Hadisə ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.
20:37 07.09.2026
Oxunuş sayı: 41