Corc Buş 11 Sentyabrla bağlı faktları açıqladı
ABŞ-nin keçmiş prezidenti Corc Buş 11 sentyabr 2001-ci ildə baş verən terror hücumları zamanı yaşadıqlarını danışıb.
Crossmedia.az xəbər verir ki, National Geographic bu barədə məlumat yayıb.
Buş bildirib ki, hücum xəbərini Floridada məktəbdə olarkən alıb. İlkin olaraq ona təyyarənin Dünya Ticarət Mərkəzinə çırpıldığı deyilib. O, bunun kiçik təyyarə olduğunu düşünərək hadisənin pis hava şəraiti və ya pilotla bağlı problem səbəbindən baş verə biləcəyini ehtimal edib.
Buş daha sonra əməkdaşlarından Nyu-Yorka lazımi yardımın göstərilməsini istəyib və sinfə daxil olub. Müəllim onu şagirdlərə təqdim edib. Uşaqlar kitab oxuyarkən Buşun arxasında jurnalistlər və əməkdaşlar dayanıb.
Bir müddət sonra Buşun köməkçisi Endi Kard ona yaxınlaşaraq ikinci təyyarənin ikinci qülləyə çırpıldığını və Amerikanın hücuma məruz qaldığını bildirib.
Buş həmin an ilk reaksiyasının qəzəb olduğunu deyib: “Bunu Amerika ilə kim, cəhənnəm, edə bilərdi?”
O bildirib ki, daha sonra diqqətini dərhal uşaqlara yönəldib. Buşun sözlərinə görə, hücumla bağlı düşüncələri ilə uşaqların məsumluğu arasındakı ziddiyyət ona əsas vəzifəsinin insanları qorumaq olduğunu anlamağa kömək edib.
17:45 07.09.2026
Oxunuş sayı: 58