Mariupolda “Qalaktika” ticarət mərkəzinə zərbə
Mariupolda Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində “Qalaktika” ticarət mərkəzindəki hipermarket tamamilə yanıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Agentliyin müxbirinin məlumatına görə, zərbə pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Zərbənin digər təfərrüatları dəqiqləşdirilir.
Bu arada Sevastopol qubernatoru Mixail Razvojaev bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində şəhərdə zərər görən çoxmənzilli yaşayış binalarının sayı 10-a çatıb.
Sentyabrın 7-də Rusiya hava hücumundan müdafiə bölmələri və mobil atəş qrupları Sevastopol üzərində beş Ukrayna pilotsuz uçuş aparatını məhv edib.
Həmin gün Udmurtiyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Olqa Abramova da hava hücumundan müdafiə qüvvələrinin region üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv etdiyini açıqlayıb.
Bundan əvvəl Tatarıstanın rayonlarından biri Ukrayna dronlarının kütləvi hücumuna məruz qalmışdı.
18:58 07.09.2026
Oxunuş sayı: 49