Qadınlarla bağlı hərbi plan müzakirəyə çıxarılır
Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov qadınların səfərbərliyə cəlb olunması məsələsinin müzakirə edilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Aleksey Reznikov bu barədə açıqlama verib.
Reznikov bildirib ki, söhbət hələ konkret qərarın qəbulundan deyil, belə bir imkanın müzakirəsindən gedir. O, bu məsələyə İsrail, Danimarka, İsveç, Norveç və Niderlandın təcrübəsi nəzərə alınmaqla baxılmasını təklif edib.
Keçmiş nazir qadınların, xüsusilə pilotsuz uçuş aparatları ilə işləmək sahəsində effektiv fəaliyyət göstərə biləcəyini qeyd edib.
17:44 07.09.2026
Oxunuş sayı: 52