Putin ölkəni tərk edən ruslarla bağlı qərar verdi
Rusiya prezidenti Vladimir Putin müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqi üzrə idarələrarası komissiyanın yaradılması barədə sərəncam imzalayıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın hüquqi aktlarının rəsmi dərc olunduğu portal bu barədə məlumat yayıb.
Sərəncama əsasən, komissiyanın əsas vəzifəsi cəzadan yayınan və ölkəni tərk edən Rusiya vətəndaşlarının ailə üzvlərinə aylıq müavinət təyin edilməsi ilə bağlı məsələlərə baxmaq və qərarlar qəbul etmək olacaq.
Komissiyanın tərkibinə Rusiya Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Federal Vergi Xidməti, Federal Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Maliyyə Monitorinqi üzrə Federal Xidmətin nümayəndələri daxil ediləcək.
Komissiyanın sədri Rusiya ədliyyə naziri Konstantin Çuyçenko təyin olunub.
Bundan əvvəl Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin xarici agentlərin əmlakının xüsusi hərbi əməliyyatın ehtiyacları üçün müsadirə edilməsini təklif edib. Onun fikrincə, əldə olunan vəsait daşınmaz əmlakın alınmasına, hərbçilərin və onların ailələrinin həvəsləndirilməsinə də yönəldilməlidir.
18:31 07.09.2026
Oxunuş sayı: 49