Rusiya Qərbin tarif siyasətinə qarşı çıxdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın digər ölkələrlə münasibətlərdə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığa üstünlük verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Sergey Lavrov bu barədə Moskvada MGIMO-da çıxışı zamanı danışıb.
Lavrov qeyd edib ki, Rusiya tərəfdaşlarına iqtisadi təzyiq göstərərək onları müəyyən qərarlara məcbur etməyə çalışmır. O, bunu nadir torpaq metalları nümunəsi ilə izah edərək, müəyyən xammalın verilməməsi halında yüksək tariflərlə hədələməyin Moskvanın metodu olmadığını vurğulayıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bir çox ölkə məhz qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq imkanlarına görə Rusiya ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır.
17:41 07.09.2026
Oxunuş sayı: 57