Su-34 eskadrilyası Ukraynadakı hədəflərə zərbə endirdi
Rusiyanın 13 Su-34 bombardmançı təyyarəsindən ibarət eskadrilyasının eyni vaxtda havaya qalxaraq Kramatorsk və Dneprə zərbələr endirdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Voennoye obozreniye” bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələrinin Dnepropetrovsk, Xarkov, Sumı, Nikolayev və Odessa vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə qarşı keçirdiyi genişmiqyaslı gecə əməliyyatı zamanı ilkin hesablamalara əsasən, 50 tondan çox aviasiya bombası atılıb.
Hücumlarda raket silahlarından və “Geran” pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilir. Pavloqradda dron zərbələrinin axşam və səhər olmaqla iki dəfə qeydə alındığı qeyd olunur.
“Voennoye obozreniye” aviazərbələrin “Şərq” istiqamətində intensivləşməsinin Rusiya Müdafiə Nazirliyinin yayımladığı Su-34 ekipajının fəaliyyəti ilə bağlı görüntülərlə təsdiqləndiyini yazıb.
Qeyd edək ki, sentyabrın 1-nə keçən gecə Rusiya qoşunları Ukraynadakı obyektlərə yüksək dəqiqlikli silahlardan və uzaqmənzilli zərbə dronlarından istifadə etməklə kütləvi zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev və vilayətdə müdafiə sənayesi və enerji sektoruna aid müəssisələr sıradan çıxarılıb.
20:43 07.09.2026
Oxunuş sayı: 42