Mirsheymerdən dövlətlərə güc mesajı
Beynəlxalq sistemdə sağ qalmaq üçün dövlət mümkün qədər güclü olmalıdır.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
ABŞ-ın Çikaqo Universitetinin siyasi elmlər fakültəsinin fəxri professoru Con Mirsheymer bu fikri Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbində keçirilən “Dünya nizamının böhranı: yeni dünya sistemində etika və əxlaq” adlı dəyirmi masa zamanı səsləndirib.
Politoloq bildirib ki, Rusiya Ukrayna ilə müqayisədə mümkün qədər güclü olmağa, Ukrayna isə Rusiyanın zəifləməsinə və ABŞ-la Avropa ölkələrinin bu istiqamətdə ona mümkün qədər çox dəstək göstərməsinə çalışır.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı güc fərqi mümkün qədər böyük olmalıdır.
Mirsheymer həmçinin Rusiyanın Almaniya və Böyük Britaniyadan da üstün olmağa çalışmalı və ABŞ-la müqayisədə mümkün qədər güclü mövqe tutmalı olduğunu deyib.
Daha əvvəl Mirsheymer Ukrayna ərazisinin əhəmiyyətli hissəsinin böyük ehtimalla Rusiyanın nəzarətinə keçəcəyini bildirmişdi. O, Rusiya Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikası, Xerson və Zaporojye vilayətlərinə tam nəzarət edə biləcəyini, həmçinin bu regionların inzibati sərhədlərindən kənara çıxa biləcəyini ehtimal etmişdi.
Politoloq münaqişə başa çatdıqdan sonra Ukraynanın rusdilli əhalisinin əhəmiyyətli hissəsinin Rusiyaya keçə biləcəyini də istisna etməmişdi.
18:19 07.09.2026
Oxunuş sayı: 51