Ronaldo 2 milyard dollar qazanan ilk aktiv idmançı oldu
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo aktiv idmançılar arasında ümumi gəliri 2 milyard dollara çatan ilk şəxs olub.
Crossmedia.az xəbər verir ki, “Forbes” bu barədə məlumat yayıb.
“Əl-Nəsr” klubunun hücumçusunun 2026/2027-ci illər mövsümündə klubdan 250 milyon dollar qazanacağı gözlənilir. Onun reklam müqavilələri və biznes layihələrindən əldə edəcəyi gəlir isə 50 milyon dollar təşkil edəcək.
“Forbes”un hesablamalarına görə, “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi də gələn il karyerası ərzində ümumilikdə 2 milyard dollar gəlir həddini keçə bilər. Futbolçunun 2026-cı il üzrə ümumi gəlirinin 145 milyon dollar olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, oktyabrın 17-də Ronaldonun mineral su istehsalına 10 milyon avro sərmayə yatırdığı barədə məlumat yayılıb. Suyun Portuqaliyanın Braqansa bələdiyyəsində çıxarılması planlaşdırılır. Zavodun tikintisinin başa çatdırılması və brendin bazara çıxarılması 2027-ci ilin sonuna nəzərdə tutulur.
21:07 23.10.2026
Oxunuş sayı: 59