Tramp: ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürəcək
ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NTD News”a açıqlamasında bildirib.
“Əgər bu hələ baş verməyibsə, məsələni həll edəcəyəm”, – deyə Tramp qeyd edib.
Ağ Evin rəhbəri Ukraynanın “Starlink” sisteminə çıxışının məhdudlaşdırılması barədə göstərişi kimin verdiyini bilmədiyini də söyləyib. O əlavə edib ki, bunu bilsə belə, məlumatı açıqlamazdı.
Xatırladaq ki, Tramp daha əvvəl Rusiya-Ukrayna münaqişəsinin həllinin yaxınlaşdığını və müharibənin başa çatmağa doğru getdiyini bildirib.
20:49 23.10.2026
Oxunuş sayı: 46