Avropanın siyasətinə Moskvadan kəskin reaksiya
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukrayna siyasətini tənqid edərək, qitənin özünə zərər verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Sergey Lavrov bu barədə açıqlama verib.
Lavrov Avropanın hazırkı siyasətini “harakiri” ilə müqayisə edib. Onun sözlərinə görə, Avropa liderləri vətəndaşlarını çətinliklərə dözməyə çağırır və bunu Ukraynanın guya “Avropa dəyərləri uğrunda mübarizə aparması” ilə əsaslandırırlar.
Rusiya XİN rəhbəri Avropa siyasətçilərinin bu yanaşmasının regionda yaranmış problemlərə münasibətdə ciddi suallar doğurduğunu vurğulayıb.
17:36 07.09.2026
Oxunuş sayı: 46