ISW-dən Donbasla bağlı uzaq tarix hesablaması
Hazırkı irəliləyiş tempi dəyişməz qalsa, Rusiya qoşunlarının Donetsk vilayətinin qalan 19 faizini 2032-ci il oktyabrın 2-dək ələ keçirə biləcəyi hesablanıb.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bu barədə hesablamalar aparıb.
İnstitutun qiymətləndirməsinə görə, Rusiya qüvvələrinin mövcud irəliləyiş sürəti nəzərə alınarsa, Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin tam ələ keçirilməsi təxminən 2032-ci ilə qədər davam edə bilər.
17:39 07.09.2026
Oxunuş sayı: 55