ABŞ açıqladı: Moskva danışıqlara yenidən hazırdır
ABŞ-nin Ukrayna üzrə danışıqlar aparan nümayəndələri Rusiyanın danışıqlara yenidən hazır olduğunu Fransa hakimiyyətinə bildiriblər.
Crossmedia.az xəbər verir ki, “Le Monde” bu barədə Fransa administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.
Yelisey sarayının nümayəndələri bildiriblər ki, ABŞ tərəfi sentyabrın 6-da Kiyevdə keçirilən görüşdə Rusiyada Dövlət Dumasına seçkilərdən sonra Moskva ilə yeni vəziyyətin müzakirə olunacağını və bununla əlaqədar yeni danışıqlara hazırlıq görülməsinin vacibliyini çatdırıb.
Sentyabrın 7-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, sentyabrın 5-də Moskvada və sentyabrın 6-da Kiyevdə keçirilən görüşlərdə “əhəmiyyətli irəliləyiş” əldə olunub. O, əlavə üçtərəfli danışıqların planlaşdırılması istiqamətində də irəliləyiş olduğunu qeyd edib.
Uitkoff sentyabrın 6-da ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların keçirilməsinə ümid etdiyini açıqlayıb. Sentyabrın 7-də Ukrayna prezidenti Vlodomir Zelenski də növbəti görüşlərin hazırlanması barədə məlumat verib.
Bununla yanaşı, ABŞ nümayəndələrinin Moskva və Kiyevdəki görüşlərindən sonra danışıqlarda yekun razılaşma əldə olunmayıb. ABŞ tərəfi isə danışıqlar prosesinin davam etdirilməsi və üçtərəfli formatın bərpası imkanlarını müzakirə edir.
19:18 07.09.2026
Oxunuş sayı: 54