Ukraynanın hərbi yüklərini daşıyan qatarlar vuruldu
Rusiya Müdafiə Nazirliyi “Geran-4 Siker” pilotsuz uçuş aparatlarının Ukraynanın Dnepropetrovsk vilayətinin Vişnevoye yaşayış məntəqəsi yaxınlığında hərbi təyinatlı yüklər daşıyan qatar tərkiblərinə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, həmin qatarlarla xarici istehsal olan dronlar və onların komponentləri də daşınıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, “Geran-4 Siker” aparatları Ukraynanın Odessa və Dnepropetrovsk vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunan yük avtomobillərinin dayanacaqlarını da vurub.
Məlumata görə, bu nəqliyyat vasitələri pilotsuz uçuş aparatlarının və onların komponentlərinin daşınmasında istifadə olunub. Bəzi avtomobil sisternlərindən isə yanacaq-sürtkü materiallarının daşınması və neft məhsullarının qısa müddətə saxlanılması üçün istifadə edilib.
Hadisə ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.
19:07 07.09.2026
Oxunuş sayı: 54