Rusiyanın yeni raketi ilk dəfə helikopterdə göründü
Rusiyanın yeni “Bandеrol” qanadlı raketi Mi-28NM “Gecə ovçusu” zərbə helikopterinin asqısında görüntülənib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Yayılan fotoda Rusiya Aerokosmik Qüvvələrinin nişanı olan Mi-28NM helikopterinin sağ asqısında kiçik ölçülü qanadlı raket görünür.
Raketin “Bandеrol” olduğu bildirilsə də, onun “Dan-T” raketi ola biləcəyi ilə bağlı versiya da var. Hər iki sursatın xarici görünüşünün oxşar olduğu qeyd edilir. Buna görə də görüntüdəki raketin dəqiq identifikasiyası hələ təsdiqlənməyib.
Açıq mənbələrdə “Bandеrol” raketinin yerüstü platformalardan, “Orion” pilotsuz uçuş aparatlarından və helikopterlərdən buraxıla bildiyi bildirilir.
Məlumata görə, raketin uzunluğu təxminən 5 metr, açılan qanadlarının uzunluğu isə 2,2 metrdir. Onun uçuş məsafəsinin 500 kilometrə, maksimal sürətinin isə saatda 650 kilometrə çatdığı bildirilir.
18:49 07.09.2026
Oxunuş sayı: 50