Tramp Kanadaya 50 faizlik tarifləri dayandırdı: Keystone XL yenidən gündəmdə
ABŞ Prezidenti Donald Tramp Kanadaya tətbiqi nəzərdə tutulan 50 faizlik tariflərin qüvvəyə minməsini üç gün müddətinə dayandırdığını və “Keystone XL” neft kəmərinin bərpasının mümkün olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.
Tramp bildirib ki, Kanada və ABŞ arasında sənədlərin yekunlaşdırılması şərtilə razılaşma əldə olunub. Bu səbəbdən sabah səhər qüvvəyə minməsi nəzərdə tutulan 50 faizlik tariflərin tətbiqini üç gün müddətinə dayandırıb.
ABŞ prezidenti həmçinin Kanadadan ABŞ-yə neft nəqlini nəzərdə tutan “Keystone XL” kəmərinin yenidən gündəmə gətirilə biləcəyini qeyd edib.
Tramp paylaşımında kəmərin əvvəlki prezident Co Baydenin dövründə dayandırıldığını bildirərək onun “məzardan dirilə biləcəyini” yazıb.
13:58 19.08.2026
Oxunuş sayı: 46