CROSSMEDIA - Analitik İnformasiya Portalı

Gündəm

19:25 25.06.2025

Azərbaycan müstəmləkəçiliyin və istismarın bütün formalarına qarşıdır — DEPUTAT

6491

XXI əsrdə dünya yeni texnologiyalara, beynəlxalq əməkdaşlıqlara və bəşəri dəyərlərə doğru irəlilədikcə, bəzi xalqlar hələ də müstəmləkə altında yaşayır. Belə xalqlardan biri də Qvadelup xalqıdır. Karib dənizinin şərqində yerləşən Qvadelup — faktiki olaraq bir xalqın siyasi iradəsinin boğulduğu və öz gələcəyini müəyyənləşdirmək hüququndan məhrum olduğu bir coğrafiyadır. Bakıda keçirilmiş “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq konfrans, məhz bu susdurulmuş səsin eşidilməsi və tarixi ədalətsizliyin beynəlxalq diqqətə çatdırılması baxımından mühüm addımdır. Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə baş tutan bu tədbir neokolonializmin yeni təzahürlərinə qarşı beynəlxalq həmrəyliyin çağırışıdır. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə ilk olaraq bildirib ki, Dekolonizasiya dialoqlarının mərkəzinə çevrilmiş Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib: “Konfrans Bakı Təşəbbüs Qrupu, Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi, Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı, Qaradərili Xalqların Beynəlxalq Komitəsi və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının birgə təşkilatçılığı ilə baş tutub. Qvadelup hələ də Fransanın tabeliyində dənizaşırı departament statusunda saxlanılır və bu status, Qvadelup xalqının öz siyasi gələcəyini azad iradəsinə uyğun olaraq tam şəkildə sərbəst müəyyənləşdirmək hüququnun həyata keçirilməsinə mane olur.

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR