CROSSMEDIA - Analitik İnformasiya Portalı

Gündəm

08:16 02.06.2025

Dohada “Mənim Azərbaycanım” adlı konsert keçirilib

133

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Doha Elm və Texnologiya Universitetinin mədəniyyət sarayında müğənni Günay İmamverdiyevanın rəhbərlik etdiyi musiqi qrupunun “Mənim Azərbaycanım” adlı konserti keçirilib. Dohadakı səfirliyimizin dəstəyi və təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Şimali Kipr Türk Respublikasının Qətərdəki diplomatik korpusunun rəhbərləri və diplomatları, Qətərdəki Türk Silahlı qüvvələrinin zabit heyəti və onların ailə üzvləri, nüfuzlu KİV təmsilçiləri, Doha Elm və Texnologiya Universitetinin tələbələri iştirak ediblər. Əməkdar artist, muğam ifaçısı Günay İmamverdiyeva, tarzən Kamal Nuriyev, kamança ifaçısı Toğrul Əsədullayev və nağara ifaçısı Emin Cəbrayılovun iştirakı ilə keçirilmiş konsertdə Azərbaycanın zəngin musiqi irsinin nümunələri səsləndirilib. Günay İmamverdiyevanın ifasında səsləndirilmiş “Sizə salam gətirmişəm”, “Azərbaycan”, “Vətən yaxşıdır”, “Qal sənə qurban”, “Şuşanın dağları”, “Əzizim Şirvan gözəl”, “Qarabağ”, “Yaşa, yaşa mənim xalqım”, “Azərbaycanım”, “Ay bəri bax”, “Mehriban olaq” və digər xalq mahnılarımız iştirakçıların gurultulu alqışları ilə qarşılanıb. Tədbirdə türk diplomatların və hərbçilərin iştirakını nəzərə alan xanəndə xüsusi olaraq “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib. 300-dən artıq tamaşaçının olduğu konsert iki saat davam edib.

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR