CROSSMEDIA - Analitik İnformasiya Portalı

Xarici xəbərlər

09:40 20.06.2025

İsrail–İran savaşı səkkizinci gününə daxil oldu

248

İsrailin “Yüksələn Aslan”, İranın isə “Həqiqi Vəd” adlandırdığı qarşılıqlı hücumlarla başlayan müharibə səkkizinci günə keçib. Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, İran son günlərdə İsrailə qarşı indiyə qədərki ən genişmiqyaslı hücumunu həyata keçirib. Onlarla raketlə edilən zərbələr Təl-Əviv, Ramat Qan, Holon və Berşeva şəhərlərini hədəfə alıb. İsrailin keçirdiyi əməliyyatlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakıri, İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami də daxil olmaqla azı 227 nəfər yüksək rütbəli hərbçinin öldüyü bildirilib. İran isə cavab olaraq yüzlərlə ballistik və hipersəs raketləri, eləcə də pilotsuz uçuş aparatları ilə Tel-Əviv, Qüds və Hayfanı vurub. Raketlərin bir hissəsi İsrailin hava hücumundan müdafiə sistemlərini keçərək yaşayış ərazilərinə düşüb. Nəticədə azı 25 nəfər həlak olub, yaralananların sayı 500-ü ötüb. Digər tərəfdən, ABŞ-nin müharibəyə birbaşa müdaxilə edib-etməyəcəyi ilə bağlı suallar gündəmdədir. Ağ Evin sözçüsü Karolin Leavitt bildirib ki, Prezident Donald Tramp yaxın iki həftə ərzində İranla bağlı (hücum edib-etməmək barədə) qərar verəcək. Onun sözlərinə görə, İranla danışıqların baş tutması ehtimalı yüksək olaraq qalır. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR