Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Oktyabrın 19-u gecə və səhər bəzi ərazilərdə duman səbəbindən magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 19-u gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.
Bununla əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək azalacağı ehtimal edilir.
16:52 18.10.2026
Oxunuş sayı: 58